Hindistanda pələng üç nəfəri parçalayıb

Baş səhifə

Bakı. Trend:

Hindistandakı meşə mühafizəçiləri Karnataka ştatının bir neçə
kəndində iki həftə ərzində üç nəfəri parçalayan pələngi ələ
keçiriblər.

Trend xəbər verir
ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.




Nəşrin məlumatına görə, 13 yaşlı pələng artıq yaşlandığı üçün
otyeyən heyvanları ovlaya bilməyib və buna görə insanlara hücum
etməyə başlayıb. Dişləri sıradan çıxmış yırtıcı kəndlərə daxil
olaraq həm insanlara, həm də mal-qaraya ziyan verib.

Pələngin son qurbanı Bandipur Vəhşi Təbiət Qoruğunun
yaxınlığında yaşayan 35 yaşlı kənd sakini olub.