
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışıb.
Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.
Kobaxidze hadisə ilə bağlı Ərdoğana başsağlığı verib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

