ABŞ təyyarədaşıyan gəmisini Latın Amerika sahillərinə göndərib

Baş səhifə

Bakı. Trend:

ABŞ “The Gerald Ford” təyyarədaşıyan gəmisini Latın Amerika
sahillərinə göndərib.

Trend xəbər verir
ki, bu barədə iki ABŞ rəsmisi “Reuters”ə məlumat verib.

ABŞ rəsmiləri gəminin dəqiq yeri barədə detalları
açıqlamayıblar.




Qeyd olunur ki, artıq regionda ABŞ-yə məxsus 8 döyüş gəmisi,
nüvə silahı daşıya bilən sualtı gəmi və F-35 qırıcısı fəaliyyət
göstərir.

Son dövrlərdə rəsmi Vaşinqtonun Venesuela və Kolumbiya ilə
münasibətlərində gərginlik müşahidə olunur.