Roman Heydərov VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan karateçisi Roman Heydərov Səudiyyə Ər-Rəbistanının
paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında
bürünc medal qazanıb.




Trend xəbər verir
ki, yarımfinalda Heydərov Küveyt idmançısına məğlub olsa da, bürünc
medal uğrunda görüşdə BƏƏ karateçisini məğlub edərək podiuma
çıxıb.