Bakı. Trend:
Böyük Britaniyada işsizlik səviyyəsi sentyabr ayına qədər olan
üç aylıq dövrdə 5 faizə yüksəlib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu göstərici 2020-ci ilin dekabrından 2021-ci
ilin fevralına qədər olan dövrdən bəri ən yüksək səviyyədir.
Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, işsizlik
səviyyəsinin artımı gözləniləndən yüksək olub və noyabrın 26-da
açıqlanacaq büdcə öncəsi analitiklərin proqnozlaşdırdığı 4,9 faizi
ötüb.

