Türkiyə qəzaya uğrayan hərbi təyyarənin qalıqlarının tapılması üçün Gürcüstanla birgə işləyir – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının
tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyir.

Trend türk KİV-lərinə
istinadən xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.




Ərdoğan qəzada həlak olanlara rəhmət diləyib və Türkiyənin bu
qəzadan ən az ziyanla çıxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə
məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində
qəzaya uğrayıb.