Bakı. Trend:
Pakistanın paytaxtı İslamabad şəhərində parltayış törədilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Pakistanın Tibbi Elmlər İnstitutunun xəstəxanasından verilən
məlumata görə, hadisə nəticəsində azı 12 nəfər həyatını itirib, 20
nəfər yaralanıb.
Partlayışın ölkənin Ali Məhkəməsi yaxınlığında yerləşən parkinq
zonasında törədildiyi bildirilir. Bəzi mənbələr hücumun
terrorçu-kamikadze tərəfindən həyata keçirildiyini qeyd edir.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə
götürməyib.

