Yaxın Şərq ölkələrindən Azərbaycana 9 ayda gələn turistlərin sayı açıqlanıb

Baş səhifə
Yaxın Şərq ölkələrindən Azərbaycana 9 ayda gələn turistlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 230 650 turist ziyarət edib.

“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.

Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib – 86 882 nəfər. Bu da 1 il əvvələ nisbətən 11,4 % azdır.

Bundan əlavə, İsraildən – 44 147 (+52,5 %), BƏƏ-dən – 31 785 (-31,9 %), Küveytdən – 22 423 (-28,5 %), Omandan – 14 544 (-39,8 %), İordaniyadan – 8 574 (+19,9 %) Misirdən – 6 187 (-28,5 %), İraqdan – 4 819 (-9,4 %), Bəhreyndən – 4 072 (-31,2 %), Yəməndən – 2 510 (-27,5 %), Qətərdən – 2 152 (-36,1 %), Fələstindən – 1 126 (- 12,7 %) Livandan – 1 076 (-27,4 %), və Suriyadan nəfər 353 (-5 %) turist gəlib.

Ümumilikdə 2017-2024-cü illər ərzində Yaxın Şərq ölkələrindən Azərbaycanı 1 milyon 824 min 259 nəfər ziyarət edib.