
Bakı. Trend:
Çempionlar Liqasının 5-ci turunun “Napoli” – “Qarabağ” görüşünə
biletlər artıq satışa çıxarılıb.
Trend
xəbər verir ki, biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən
49 manatdan 324 manata qədər) dəyişir.
“Napoli” – “Qarabağ” matçı 26 noyabrda Dieqo Armando Maradona
stadionunda keçiriləcək.
Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” 4
xalla 24-cü pillədədir.

