ABŞ Kaliforniya sahillərində neft quyuları qazmağa başlayacaq

Baş səhifə

Bakı.Trend:

ABŞ hökuməti uzun fasilədən sonra Kaliforniya sahilləri
yaxınlığında neft quyularının yenidən qazılmasına icazə verməyə
hazırlaşır.

Trend bu barədə
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.




Ağ Evin neft yataqlarının işlənilməsi üzrə beş illik planının
layihəsi ilə tanış olan “The Washington Post” mənbəsi bildirib ki,
Amerika liderinin proqramı 2027–2030-cu illər ərzində Kaliforniya
sahilləri yaxınlığında qazma işləri üçün altı lisenziya ilə bağlı
tenderin keçirilməsini nəzərdə tutur. Vaşinqton həmçinin, Meksika
körfəzi və Alyaska ərazilərindəki yataqların işlənməsi üçün torpaq
sahələrinin icarəyə verilməsini planlaşdırır.

Sənədə əsasən, Meksika körfəzinin şərq hissəsində qazma
işlərinin genişləndirilməsi nəzərdə tutulub. ABŞ administrasiyası
həmin bölgədə 2029 və 2030-cu illərdə torpaq sahələrinin icarəyə
verilməsi imkanını da nəzərdən keçirir.