Britaniyada son hərbi helikopter zavodu bağlana bilər

Baş səhifə
Britaniyada son hərbi helikopter zavodu bağlana bilər

Britaniyada son hərbi helikopter zavodu bağlanmaq təhlükəsi ilə üzləşib

“Report”un məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti müəssisənin sahibi olan İtaliyanın müdafiə sənayesi şirkəti “Leonardo”nun baş direktoru Roberto Çinqolaniyə istinadən xəbər verir.

İngiltərənin cənub-qərbindəki Yovil şəhərində yerləşən müəssisənin gələcəyi ilə bağlı bu xəbərdarlıq müdafiə sənayesində hökumət müqavilələrinin olmaması ilə bağlı geniş yayılmış narazılıq fonunda edilib.

“Yovili əbədi olaraq subsidiyalaşdıra bilmərik. 14 ildir ki, Böyük Britaniya hökumətindən heç bir müqavilə almamışıq”, – Çinqolani bildirib.

Təxminən 3300 nəfərin işlədiyi zavodun bağlanması şəhərə və bütün bölgəyə ciddi ziyan vuracaq. Bu, digər şirkətlərdə çalışan daha bir neçə min işçiyə də təsir edəcək.

Qərar, Böyük Britaniya Müdafiə Nazirliyi on illərdir Kral Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən “Puma” nəqliyyat helikopterlərini əvəz etmək üçün 1 milyard funt sterlinq dəyərində yeni helikopterlər almamaq qərarına gəldiyi təqdirdə verilə bilər.