ABŞ Sakit Okeanda iki narko-terrorçu gəmisini məhv edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Sakit Okean qərb bölgəsində iki narko-terrorçu qayığına
zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit
Heqset “X” sosial şəbəkəsində yazıb.




Onun sözlərinə görə, ABŞ hərbçiləri beynəlxalq sularda hər iki
gəmiyə zərbə endirib, nəticədə göyərtədəki altı nəfər
öldürülüb.

“Ötən gün Prezident Trampın göstərişi ilə terror təşkilatları
kimi tanınan təşkilatlara məxsus iki gəmiyə qarşı iki ölümcül
kinetik zərbə endirilib. Kəşfiyyatımız bu gəmilərin qanunsuz
narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, narkotik daşıdığını və
Sakit Okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı
marşrutunu izlədiyi barədə məlumatlı olub”, – deyə o yazıb.