Neftçalada bazar yanır

Baş səhifə
Neftçalada bazar yanır

Neftçala şəhərində bazar yanır.

“Report”un Aran bürosunun məlumatına görə, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.