- 10 noyabr, 2025
- 17:46
COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.
“Report” xəbər verir ki, bu barədə COP29 “X” hesabında paylaşım edilib.
M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi “Bakı Maliyyə Məqsədi” də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən “hesab-faktura” təqdim edib.
Bu sənəd “İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası” adlanır və onun tam şəkildə icra olunması tələb olunur.
COP29 President Mukhtar Babayev opened COP30 in Belém, issuing a powerful call for accountability on climate finance.
He presented donors with an invoice that calls for the delivery of climate finance commitments, including the historic Baku Finance Goal agreed at COP29 last… pic.twitter.com/wXvGqSmB6g
— COP29 Azerbaijan (@COP29_AZ) November 10, 2025
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

