Yaponiya atom sualtı qayıqları almağı nəzərdən keçirmək niyyətindədir

Baş səhifə
Yaponiya atom sualtı qayıqları almağı nəzərdən keçirmək niyyətindədir

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bildirib ki, ölkənin donanması üçün atom sualtı qayıqlarının alınması imkanını nəzərdən keçirmək zəruridir.

“Report”un “Asahi” qəzetinə istinadən məlumatına görə, bu barədə nazir açıqlama verib.

Nazirin sözlərinə görə, Yaponiyanın ətrafındakı vəziyyət o qədər mürəkkəbləşib ki, Tokio artıq qərar verməlidir: sualtı qayıqlarda əvvəlki kimi dizel yanacağından istifadəni davam etdirmək, yoxsa atom reaktoru ilə işləyən sualtı qayıqlara üstünlük vermək.