Cüdo millimiz İslam Oyunlarında daha bir medal qazanıb

Baş səhifə

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, +100 kq çəki dərəcəsində həmyerlimiz Uşanqi Kakauri bürünc medal uğrunda döşək üzərinə çıxıb.

Təmsilçimiz həlledici görüşdə misirli rəqibi Mohamed Masoud Aborakianı məğlub edərək daha bir bürünc medalı aktivimizə yazdırıb.