Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçında uduzub.
“Report”un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Türkiyə ilə bacarmayıb – 0:3.
Yığma daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

