
Bakı. Trend:
Çin qallium, germanium, stibium və super sərt materiallar da
daxil olmaqla bəzi strateji ikili təyinatlı malların ABŞ-yə
ixracına qoyduğu məhdudiyyətləri ləğv edib.
Trend xəbər verir
ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat
yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur: “Dərc olunduğu tarixdən
etibarən 27 noyabr 2026-cı il tarixinə qədər Ticarət Nazirliyinin
2024-cü il tarixli 46 nömrəli əmrinin qüvvəsi dayandırılır”.
Bildirilib ki, Pekin bu qərarı Kuala Lumpurda keçirilən Çin-ABŞ
ticarət danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində qəbul
edib. Həmin razılaşmaya əsasən, Çin 31 ABŞ şirkəti üzərindəki
nəzarət tədbirlərini də yumşaldıb.

