Bakı. Trend:
İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında nəhəng
dalğaların sahilə çırpılması nəticəsində 3 turist həlak olub.
Trend xəbər verir
ki, sahilə çırpılan güclü dalğalar turistlərdən ibarət qrupu dənizə
çəkib. Hadisə nəticəsində ölənlərdən əlavə, 15 nəfər xəsarət
alıb.
Atlantik okeanında yerləşən Kanar adalarında xüsusilə payız və
qış aylarında proqnozlaşdırılması çətin olan nəhəng dalğalar
yaranır. Adanın ətrafındakı suların çox dərin olması səbəbindən
dalğalar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şiddətlə
sahilə çırpılır.
Məlumata görə, altı fransız turist yerli hakimiyyət orqanlarının
xəbərdarlıqlarına və sahil boyunca yerləşdirilmiş nişanlara məhəl
qoymayaraq, dəniz kənarında olduqları vaxt dalğaların təsirinə
məruz qalıb və dənizə sürüklənib.
Təcili yardım və xilasetmə xidmətləri sakinlərə və turistlərə
sahil bölgələrində ehtiyatlı olmağı tövsiyə edib, çünki bu cür
dalğalar bəzən qəfil yarana bilər.

