ABŞ-ın B-52H strateji bombardmançı təyyarələri İspaniyaya yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin bir qrup “B-52H Stratofortress” strateji bombardmançı
təyyarəsi Finlandiya, Litva, İsveç və digər müttəfiqlərlə birgə
çoxtərəfli təlimlər keçirmək məqsədilə İspaniyadakı Moron hava
bazasına gəlib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı
məlumat yayıb.

Bir gün əvvəl Luiziana ştatının Barksdeyl Hava Qüvvələri
bazasından havaya qalxan üç B-52H bombardmançı təyyarəsi İspaniyaya
enib.




Hərbi qurumun açıqlamasına görə, bu tip təlimlər ABŞ Hərbi Hava
Qüvvələrinin strateji bombardmançı ekipajlarına yaranan təhdidlərə
sürətli reaksiya vermək, NATO-nun şərq cinahı və uzaq şimal
bölgəsində etibarlı müdafiə maneəsi yaratmaq imkanlarını artırmağa
xidmət edir.

Məlumata əsasən, təlimlər zamanı ekipajlar mürəkkəb hava
məkanında yüksək təhlükə şəraitində manevr və əməliyyat uçuşlarını
təqlid edən bir sıra tapşırıqları yerinə yetirəcəklər.