Bakı. Trend:
Çinin cənubundakı Longevity startapı “Lonvi Biosciences” üzüm
çəyirdəyi ekstraktında olan birləşmələr əsasında qocalma əleyhinə
həblər hazırlayır.
Trend xəbər verir
ki, bu barədə şirkətin texniki direktoru Liu Çinhua məlumat
verib.
Liu Çinhua bildirib: “150 ilə qədər yaşamaq mümkündür və bir
neçə ildən sonra bu, reallığa çevriləcək”.
Şirkət üzüm çəyirdəyi ekstraktında olan təbii prosianidin C1
(PCC1) birləşməsinə əsaslanan dərman üzərində işləyir. Bu preparat
orqanizmin yaşlanma prosesini ləngitməyi və hüceyrə səviyyəsində
qocalmanın təsirlərini azaltmağı hədəfləyir.

