Braziliyanın Parana ştatında tornado altı nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Braziliyanın cənubundakı Parana ştatında baş verən tornado
nəticəsində altı nəfər ölüb.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi ştat hökumətinə
istinadən xəbər yayıb. Ən böyük dağıntılar cümə günü fırtınanın
təsirinə məruz qalan Riu-Bonitu-du-İquasu şəhərində qeydə alınıb.
Ştatın Mülki Müdafiə Xidmətinin məlumatına görə, şəhərin yarıdan
çoxunun dam örtüyü uçub və binalara ciddi ziyan dəyib.




Hadisə nəticəsində yollar bağlanıb, elektrik xətləri zədələnib.
Hakimiyyət orqanları 437 nəfərin yaralandığını və təxminən 1 000
sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Fəlakət qonşu Quarapuava şəhərinə də ziyan vurub.