“Zəfər turu”: “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı məğlub edib

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Trend xəbər
verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə
görə “Zəfər turu” adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər
saatın 44-cü dəqiqəsində başlanılır.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan
klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə
“Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz
klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun
komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə
yüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1

Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe
Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran
Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu




18:44. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin
Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu

9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”

18:44. “Qarabağ” – “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” – “İmişli” – 1:0

“Qəbələ” – “Sumqayıt” – 0:2