“Qalatasay”ın ulduzu əməliyyat olundu

Baş səhifə

“Qalatasay”ın və Türkiyə milli komandasının vazkeçilməz futbolçularından olan Yunus Akgün əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Yunus Akgünün qasıq yırtığı əməliyyatı keçirdiyi bildirilib. Məlumatda əməliyyatın uğurla keçdiyi və futbolçunun özünü yaxşı hiss etdiyi vurğulanıb.

Həkimlər Yunus Akgünün 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını deyiblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.