Azərbaycanın Aran zonasında 8 Noyabr – Zəfər Günü qeyd edilib.
“Report”un Aran bürosunun məlumatına görə, bayram münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdən əvvəl şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, ağacəkmə aksiyası keçirilib, fləşmob təşkil olunub.
Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təqdim edilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

