Xaçmaz rayonunda Şanlı Zəfərimizin beşinci ildönümü qeyd edilib

Baş səhifə

Bakı. Trend:

8 Noyabr – Zəfər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon
təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə
orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət
nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzüb, ruhuna ehtiram nümayiş etdiriblər.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından
keçmiş Vətən oğullarının əziz xatirəsi yad edilib.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələrini
Zəfər bayramı münasibətilə təbrik edib, onların qayğıları ilə
maraqlanıb. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin əzmi, Azərbaycan Ordusunun rəşadəti və xalqın
birliyi nəticəsində qazanılıb.

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə
Xaçmaz rayonunda növbəti ekoloji aksiya təşkil olunub. Rayon
rəhbərliyi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları
Xaçmaz–Quba yolunun kənarında yerli iqlim şəraitinə uyğun gələn
yeni ağaclar əkiblər. Ərazidə əvvəllər basdırılan ağaclara
aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Xaçmaz rayonunda yeni ağac və kolların əkilməsi, həmçinin
ekoloji tarazlığın bərpası istiqamətində işlərin mövsüm ərzində
davam etdirilməsi nəzərdə tutulur.