
Malayziyanın Bakıdakı səfirliyi Azərbaycanı Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” hesabında paylaşım edilib:
“Malayziya səfirliyi Azərbaycan xalqı və hökumətinə Zəfər Gününün beşinci ildönümü münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu gün sülhə, birliyə və firavanlığa ilham verməyə davam etsin”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

