Azərbaycan gəncləri vətənləri ilə qürur duyurlar – Şotlandiyalı turist

Baş səhifə

Bakı.Trend:

Bu gün Azərbaycanın qələbəsinin və xalqının birliyinin
rəmzidir.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
şotlandiyalı turist Stiv deyib.

“Biz bu gün burada Azərbaycan vətəndaşlarının 8 Noyabr – Zəfər
Gününü qeyd etmələrinə dəstək olmaq üçün gəlmişik. Bu, Azərbaycan
xalqı və şəhid ailələri üçün çox önəmli gündür”, – deyə o
vurğulayıb.




Stiv Azərbaycanın xarici siyasətinin və ordusunun beynəlxalq
müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb:

“Azərbaycanın çox güclü ordusu var. Gənclər vətənpərvərdir,
ölkələri üçün döyüşməyə hazırdırlar. Bu da artıq sübut olunub.
Burada çoxlu bayraqlar, vətəninə qürurla yanaşan gənclər görürəm.
Onlar Azərbaycanlı olduqları üçün fəxr edirlər”.

Şotlandiyalı qonaq sonda əlavə edib ki, Zəfər Günü həm
Azərbaycan xalqı, həm də dost ölkələr üçün qürur və birliyin
simvoluna çevrilib.