
Bakı. Trend:
Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan
qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da
belə olacaq.
Trend xəbər
verir ki, bu fikirləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi
paradda çıxışı zamanı söyləyib.
Baş nazir deyib ki, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik
və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin
möhtəşəm təntənəsi, ümid yeri oldu.

