Ermənistan hökuməti 2023-2025-ci illərdə müdafiə-sənaye kompleksinə təxminən 450 milyon dollar investisiya yatırıb.
“Report”un “Armenpress”ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində dərc olunmuş videomüraciətində bildirib.
“2023-2025-ci illər ərzində hökumət Ermənistanın müdafiə-sənaye kompleksinə təxminən 171 milyard dram investisiya yatırıb. Bu, təxminən 450 milyon ABŞ dollarıdır”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

