Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Ermənistanda hökumət əhali sayını artırmaq üçün yenidoğulanlara görə birdəfəlik ödənilən pulu artırmağı düşünür.
Bu, ölkənin Əmək və Sosial İşlər naziri Arsen Torosyanın təklifidir.
Nazir təklif edir ki, ölkədə doğulacaq birinci və ikinci uşağa görə birdəfəlik müavinət 500 min dramadək, yəni, 2200 manatdan çox artırılsın.
Ermənistanlı sosial media istifadəçilərinin bu təkliflə bağlı fikirləri fərqli olub.
Onlardan biri yazır: “Axmaqlıqdır. Necə olur ki, birinci uşağa 500 min, dördüncü uşağa da 500 min. Danışmazdan və qərar qəbul etməzdən əvvəl düşünün”.
Başqa bir istifadəçi isə “belə başa düşürəm ki, kimə lazım bilirlər, verirlər. Kimə lazım bilmirlər, vermirlər”.
“Yaxşı, bəs, bu halda üçüncü uşağa nə qədər pul veriləcək? Yoxsa eyni qədər?” deyə bir başqa istifadəçi sual edib.
Ermənistanda uşaqlara veriləcək birdəfəlik yardım və 6 yaşınadək uşaqlara aylıq uşaqpulu xəbərinə Azərbaycanlı sosial media istifadəçiləri də şərh veriblər.
Onlardan biri Azərbaycanda uşaqlara verilən 600 manatlıq birdəfəlik məbləğə vurğu edərək yazıb ki,
“Pampers pulu eləmir, hardadı pul, bu millət uşaqpulu deyə-deyə öləcək”.
“Dövlət uşaq pulu vermir, amma valideynlərin zülümlə saxladığı oğlanlara 18 yaşdan sonra deyir ki, gəl vətənə borcunu ver”, – başqa bir istifadəçi vurğulayır.
Digər bir istifadəçi isə yazır ki: “Erməninin yeni doğulan uşağa 2000, bizim 600 verməyimiz utancdı adımıza. Heç nəyi olmayan erməni və altı-üstü sərvət olan Azərbaycan”.
Ermənistanda bundan əvvəl hər yeni doğulan birinci və ikinci uşağa 300 min dram, yəni 1300 manatdan çox, üçüncü və daha sonrakı uşaqlara isə bir milyon dram, yəni, 4400 manatdan çox birdəfəlik müavinət verilib.
Bundan başqa, bu ölkədə uşağın doğulma sırasına, valideynlərinin məşğulluq statusuna görə aylıq müxtəlif məbləğdə uşaqpulu nəzərdə tutulub.

