“İnter” ingiltərəli müdafiəçini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Aston Villa”nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.

Trend İtaliya
KİV-ə istinadən xəbər verir ki, “İnter” ingiltərəli futbolçunu
transfer etmək istəyir.




A Seriyası nəhəngi Konsanı qışda heyətinə qatmağı planlaşdırır. “İnter”in 28 yaşlı mərkəz müdafiəçisinin keçidini 35 milyon avroya
yekunlaşdıracağı bildirilir.

Qeyd edək ki, “Aston Villa” Ezri Konsanı 2019-cu ilin yayında “Brentford”dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm
Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana
çıxıb.