Bakı. Trend:
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov və
Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin
edilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeni
Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov
Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə
üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı
onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac
olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən
proaktiv qaydada aparılıb.
Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın
özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə
ailə üzvlərinə təyin olunaraq ödənilir.

