Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiya
Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab
Robert Kalinak ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə
Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə
görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov
ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf
etdirilməsinin vacibliyini vurğulayıb.




Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını
bildirən cənab R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin
beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi
əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin
zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil
sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini
müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə
dair ətraflı fikir mübadiləsi aparıblar.