
Bakı. Trend:
Fransanın Luvr muzeyində baş vermiş səs-küylü qarətdən sonra
təhlükəsizlik sistemi təkmilləşdiriləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Paris muzeyinin direktoru Loran
de Kar yerli mətbuata bildirib.
De Kar muzey rəhbərliyinin təcili iclasını çağırıb və görüşün
yekunlarına əsasən bildirib ki, Luvrun təhlükəsizlik sahəsindəki
problemlərin miqyasını tam şəkildə dərk edib.
Onun sözlərinə görə, Luvr rəhbərliyi ümumi fəaliyyət planı
hazırlayıb və bu plan, xüsusən, videomüşahidə sisteminin
yenilənməsini nəzərdə tutur.

