
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr –
Zəfər Günü ərəfəsində Rayon Mərkəzi Xəstəxanasında müalicə alan
Vətən müharibəsi əlili Yusif Əsədullayevi və ehtiyatda olan hərbi
qulluqçu Əziz Tağıyevi ziyarət edib.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.
Elnur Rzayev hər iki şəxsin səhhəti ilə maraqlanıb, onlara şəfa
arzulayıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf
Tağıyev hər iki hərbi qulluqçunun müayinə və müalicəsinin uğurla
davam etdirildiyini bildirib.
Yusif Əsədullayev və Əziz Tağıyev göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.

