Ötən 10 ay ərzində 120 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib – Baş prokuror

Baş səhifə

Bakı.Trend:

İcraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manat
məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad
olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon
198 min manat məbləğində pul vəsaiti ödənilib.

Trend xəbər
verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev rəsmi mətbuata
müsahibəsində deyib.




K.Əliyev bildirib ki, korrupsiya ilə mübarizədə ixtisaslaşmış
cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi tərəfindən də ötən 10 ay ərzində yüksək
göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə
səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə
və s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin
ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə
göndərilib.

“Həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma
mərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilmiş,
həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlak
üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76
faizinin ödətdirilməsi təmin edilib”,- Baş prokuror əlavə edib.