Gürcüstan hökumətinin devrilməsi Avropa İttifaqının maraqlarına daxil deyil – Kobaxidze

Baş səhifə

Bakı. Trend:

Gürcüstan hökumətinin devrilməsi Avropa İttifaqının maraqlarına
daxil olmasa da, Avropa bürokratiyasına təsir göstərən və bu
hadisəni respublikada görmək istəyən ayrı-ayrı şəxslər var.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli
Kobaxidze Türkiyənin “TRT World” telekanalına müsahibəsində
bildirib.




“Gürcüstan hökumətinin devrilməsinin Avropa İttifaqının
maraqlarına daxil olduğunu düşünmürəm, lakin göz qabağında olan
müəyyən təsir var. Məsələn, Gürcüstanda 4 oktyabr çevriliş
cəhdindən əvvəl, müxalifət güc tətbiq edərək prezident sarayına
daxil olmağa çalışdığı zaman Avropa Komissiyasının rəsmi
nümayəndəsi bu aksiyanı ‘dinc çevriliş’ adlandıraraq dəstəklədi,” –
deyə Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanda inqilabın dəstəklənməsi Avropa
İttifaqının obyektiv marağına uyğundur, lakin qərarların qəbul
edilməsi zamanı Avropa bürokratiyasına mənfi təsir göstərən müəyyən
qüvvələr mövcuddur.