DOST Agentliyində yeni təyinatlar həyata keçirilib

Baş səhifə

Bakı.Trend:

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

Bu barədə Trend-ə DOST agentliyindən məlumat verilib.

Bildirilib ki, Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri
vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət
və audit departamentinin müdiri vəzifəsində çalışıb.




Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru
təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının
idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri
kimi fəaliyyət göstərib.

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin
idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri
vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST
Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.