
Bakı. Trend:
Yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı son illər aparılan
hərtərəfli təhlil və qiymətləndirmələr, habelə bu sahədə digər
ölkələrin müsbət təcrübələri nəzərə alınmaqla şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman
preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatının
gücləndirilməsi zəruridir.
Trend xəbər
verir ki, bunu bu gün İnsan hüquqları üzrə müvəkkil (ombudsman)
Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu,
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları,
Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Ombudsman bildirib ki, “Kənd yerlərindəki tibb müəssisələrinə
tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri
haqqında” Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan maliyyə
təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən
nəzərdən keçirilməsinə ehtiyac var.
Xəbər yenilənəcək

