Pakistan baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin gündəliyi məlum olub

Baş səhifə

Bakı. Trend:

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda keçiriləcək
Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak
etmək üçün Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Trend
Pakistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, səfər çərçivəsində Azərbaycan–Pakistan
münasibətlərinin bütün spektri müzakirə olunacaq, habelə ticarət və
investisiyalar, energetika, müdafiə, təhsil və regional əlaqəlilik
də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da
dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən ediləcək.

“Azərbaycan və Pakistan ortaq dini dəyərlər, tarix, mədəniyyət
və qarşılıqlı etimada əsaslanan çoxillik qardaşlıq münasibətlərinə
malikdir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi
Əməkdaşlıq Təşkilatı (İƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT)
da daxil olmaqla, regional və beynəlxalq təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq edir”, – qurumdan bildirilib.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb ki,
Pakistan baş nazirinin bu rəsmi səfəri ölkəsinin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyinin təsdiqi
olmaqla yanaşı, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın
daha da möhkəmlənməsinə xidmət edəcək.