
Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF”
təbii qaz markalı təbii qaz qiymətləri üzrə 2028-ci ilə qədər olan
dövrü əhatə edən yenilənmiş proqnozlarını dərc edib.
Trend bu barədə
bank qrupuna istinadən xəbər verir.
Analitiklərin hesablamalarına görə, 2025-ci ildə “Brent” markalı
neftin ortaillik qiyməti bir barel üçün 62 ABŞ dolları, “Dutch TTF”
qazının isə qiyməti bir meqavatt-saat üçün 35 avro təşkil edəcək.
2026-cı ildə “Brent” neftinin və “Dutch TTF” təbii qazının
ortaillik qiymətləri müvafiq olaraq bir barel üçün 56,5 dollar və
bir meqavatt-saat üçün 31 avro səviyyəsinə çatacaq. 2027-ci ildə
“Brent” markalı neftin ortaillik qiyməti təxminən 62 dollar
səviyyəsində qalacaq, Dutch TTF-in qiyməti isə təxminən bir
meqavatt-saat üçün 26 avroya qədər azalacaq.
Xüsusilə, 2025-ci ilin dördüncü rübündə “Brent” markalı neftin
qiymətinin bir barel üçün 62 dollar səviyyəsində olacağı
proqnozlaşdırılır. “Dutch TTF” üçün isə həmin dövrdə qiymətlərin
bir meqavatt-saat üçün 35 avro səviyyəsində olacağı gözlənilir.

