“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

“Çıraq” platformasından istismara verildiyi tarixdən bu ilin
noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz
hasil edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Məlumata əsasən, cari ildə “Çıraq” platformasında ümumi hasilat
təqribən gündə orta hesabla 21 min barrel təşkil edib.




“Çıraq” “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağından ilk
neft hasil edən platformadır.

Azərbaycan neft sənayesinin simvollarından sayılan “Çıraq”
platformasından ilk neft hasilatına başlanılmasından 28 il
ötür.