
Bakı. Trend:
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə
əlaqədar noyabrın 8-də və 9-da “ASAN xidmət” və “ASAN kommunal”
mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə
müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd
edilir.

