
Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) xal rekordçusu Lebron
Ceymsə kontakt məşqlərinə başlamağa icazə verilib.
Trend xəbər verir
ki, bu barədə “ESPN” məlumat yayıb.
Məlumata görə, basketbolçu bir-iki həftə ərzində təkrar tibbi
müayinədən keçəcək. Bundan sonra onun oyunlara qayıtması məsələsinə
baxılacaq.
Əvvəllər jurnalist Şams Çaraniya Ceymsin sağrı əzələsində sinir
qıcıqlanmasından əziyyət çəkdiyini və bu səbəbdən mövsümün
əvvəlində meydana çıxa bilmədiyini bildirmişdi.
40 yaşlı hücumçu dördqat NBA çempionudur, həm “Adi Mövsümün”,
həm də “Finalın Ən Maraqlı Oyunçusu” adlarını qazanıb. Bu mövsüm
onun NBA karyerasında 23-cü mövsümüdür və o, liqa tarixində ən çox
xal toplayan oyunçu rekordunu əlində saxlayır.
Hazırda “Los Anceles Leykers” Qərb Konfransında 7-2 nəticə ilə
ikinci pillədə qərarlaşıb.

