ABŞ Konqresinin Büdcə İdarəsi kiberhücuma məruz qalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Konqresinin Büdcə İdarəsi xaricdən qaynaqlandığı güman
edilən kiberhücuma məruz qalıb.

Trend xəbər verir
ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Mənbələrin məlumatına görə, hakerlər Konqresin qanun layihələri
üzərində işləyərkən istifadə etdiyi əsas maliyyə məlumatlarına
icazəsiz giriş əldə etmiş ola bilərlər. Hücumun xüsusilə ABŞ
qanunvericiləri ilə müstəqil tədqiqatçılar arasındakı yazışmalara
aid olduğu bildirilir.




Kiberhücum son günlərdə aşkarlanıb. ABŞ rəsmiləri bu
məlumatların Vaşinqtonun rəqib hesab etdiyi ölkələrin dövlət
orqanlarının əlinə keçə biləcəyini istisna etmirlər.

Qeyd edək ki, Konqresin Büdcə İdarəsi ABŞ qanunverici orqanını
iqtisadi məlumatlar, təxminlər və proqnozlarla təmin edən federal
qurumdur.