BMT Təhlükəsizlik Şurası Suriyanın iki rəsmisini sanksiya siyahısından çıxardı

Baş səhifə

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Suriya Ərəb Respublikasının keçid dövrü
Prezidenti Əhməd Əl Şaraan və keçid hökumətinin daxili işlər naziri
vəzifəsini icra edən Ənəs Xəttabın sanksiya siyahısından
çıxarılması barədə qətnamə qəbul edib.

Trend xəbər verir
ki, sənəd ABŞ tərəfindən hazırlanıb.




Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnamənin lehinə səs
verib, Çin isə bitərəf mövqe tutub.