
Bakı. Trend:
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə mühüm töhfə verə
bilər.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff bəyan edib.
O, bu məsələnin həllinə ümid etdiyini bildirərək, Rusiya-Ukrayna
münaqişəsini dünyanın ən vacib həll olunmalı konfliktlərindən biri
kimi qiymətləndirib.
Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxış edən Uitkoff
qeyd edib: “Biz bu məsələni həll edəcəyik və hesab edirəm ki,
növbəti mərhələdə həll olunmalı ən önəmli məsələ də məhz budur.
Ukraynanın təhlükəsizlik protokolları ilə bağlı görüləcək çox iş
var. Rəhbərlik prosesə daxil olmamışdan öncə texniki qruplar yerli
səviyyədə geniş müzakirələr aparmalıdır”, – deyə o əlavə edib.

