
Bakı. Trend:
FIFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu
mükafatına namizədlərin siyahısını təqdim edib.
Trend xəbər verir
ki, siyahı qurumun mətbuat xidməti tərəfindən açıqlanıb. Namizədlər
arasında 11 futbolçunun adı yer alıb: Usman Dembele, Əşrəf Hakimi,
Nuno Mendes və Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn
(“Bavariya”, Almaniya), Kilian Mbappe (“Real”, İspaniya), Koul
Palmer (“Çelsi”, İngiltərə), Pedri, Rafinya və Lamin Yamal (hamısı “Barselona”, İspaniya), eləcə də Məhəmməd Salah (“Liverpul”,
İngiltərə).
Qeyd edək ki, ötən il bu mükafata “Real” klubunun braziliyalı
hücumçusu Vinisius layiq görülmüşdü.

