İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”ın infrastrukturuna silsilə hücumlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr İsrail Müdafiə Qüvvələrinin Ayta əl-Cəbəl, Taybe və Tayr-Debba bölgələrində təxliyə elan etdikdən sonra endirilib.
Hərbçilər həmçinin qeyd ediblər ki, bu dəfə zərbələrin trayektoriyası genişləndirilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

